Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Az su içməyin gözlənilməz nəticəsi: Stress hormonunu artırır

Müntəzəm olaraq kifayət qədər maye qəbul etməmək bədənin stresə reaksiyasını gücləndirə bilər.

Baki-baku.az xəbər verir ki, American Journal of Physiology-Endocrinology and Metabolism jurnalında dərc olunmuş yeni araşdırmada bu qənaətə gəlinib.

Təcrübədə 32 nəfər könüllü iştirak edib. Onların bir qismi gündə orta hesabla 1,3 litr, digər qismi isə 4 litrdən çox su içib. Standart stress testi zamanı az su qəbul edən iştirakçılarda stress hormonu – kortizolun səviyyəsi daha kəskin artıb. Daha çox su içənlərdə isə bu artım nisbətən zəif müşahidə olunub.

Alimlərin fikrincə, orqanizmin kifayət qədər nəmlənməməsi (məsələn, sidiyin tünd rəngdə olması) birbaşa endokrin sistemin fəaliyyətinə təsir göstərir. Bu isə uzunmüddətli perspektivdə sağlamlıq üçün əlavə risklər yarada bilər.

Mütəxəssislər bildirirlər ki, düzgün maye qəbulu rejimi stressin təsirini azalda bilər və psixofizioloji tədqiqatlarda nəzərə alınmalıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Adını qaragül quzusunun dərisindən, qara börkündən, qara rəngli papaqlardan alan Qarapapaqların məzardaşları Orxon-Yenisey abidələri kimi Göytürk xaqanlığından tutmuş,

Ən son

GÜNDƏM

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan

GÜNDƏM

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin