Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Alimlər beyinin qocalmasını dayandıracaq protein aşkarlayıblar

Beyinin qocalmasını dayandıracaq protein, Beyin, Altsheymer, Protein

Yeni elmi araşdırma göstərib ki, beyində müəyyən bir proteini deaktiv etmək yaddaş itkisini geri qaytara və Altsheymer kimi xəstəliklərin qarşısını ala bilər.

Baki-baku.azIndependent”ə istinadla xəbər verir ki, mütəxəssislər yaşlanmanın xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan hipokampusa mənfi təsir göstərdiyini bildirirlər. Qeyd edirlər ki, bu səbəbdən Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin əsas risk faktoru məhz yaşdır.

“Nature Aging” jurnalında dərc olunan tədqiqatda FTL1 adlı zülalın beyindəki bu geriləmədə mühüm rol oynadığı təsbit edilib. Təcrübələr zamanı yaşlı siçanlarda FTL1 səviyyəsinin yüksək, sinir hüceyrələri arasında əlaqələrin isə zəif olduğu, bunun da onların idrak qabiliyyətlərini azaltdığı müşahidə olunub. Gənc siçanlarda FTL1 süni şəkildə artırıldıqda, onların beyin fəaliyyəti və davranışları qocalmış siçanlara bənzəməyə başlayıb. Əksinə, yaşlı siçanların hipokampusunda FTL1 azaldıldıqda, onların yaddaşı və idrak qabiliyyəti bərpa olunub.

Tədqiqatçılar qeyd ediblər ki, bu protein beynin yaşlanma faktorlarından biridir və onun azaldılması sinir hüceyrələri arasında daha çox əlaqə yaratmaqla yaddaşın yaxşılaşmasına səbəb ola bilər. Alimlər əlavə ediblər ki, FTL1 hipokampus hüceyrələrində maddələr mübadiləsini də ləngidir. Lakin bu hüceyrələr Nikotinamid Adenin Dinukleotid (NADH) adlı fermentlə müalicə olunduqda, metabolizmin zəifləməsinin qarşısı alınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Ən son

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin