İnsan gözü dünyanı tərsinə görür
Baki-baku.az xəbər verir ki, işıq şüaları gözün tor təbəqəsinə düşdükdə, obyektin əksi şəklində görüntü yaranır. Bu görüntü sonradan beynimiz tərəfindən “düz” vəziyyətə gətirilir. Maraqlıdır ki, bu bacarıq insanda doğuşdan olmur – körpələr əşyaları tərsinə görürlər və zamanla bu qabiliyyət formalaşır.
İnsan ağciyərlərinin maksimum həcmi – 6000 kub santimetrdir
Bu həcim nəfəsi təxminən 3 dəqiqə saxlamaq üçün kifayətdir. Amma təlim və məşqlərlə bu göstəricini artırmaq mümkündür.
Dəri – insan bədəninin ən böyük orqanıdır
Orta hesabla insan dərisinin sahəsi 2 kvadrat metr təşkil edir.
İnsanın ən uzun orqanı – bağırsaqlardır
Böyük bir insanın bağırsaqlarının uzunluğu təxminən 7 metrdir. Bəzi insanlarda isə “dolixosigma” adlanan anomaliya müşahidə olunur – bu zaman yoğun bağırsağın bir hissəsi (əsasən sigma bağırsağı) normaldan daha uzun olur. Bağırsaqlar təkcə qidanı həzm etmək üçün deyil – burada həmçinin insan immun sisteminin 80%-i yerləşir və “xoşbəxtlik hormonu” olan serotoninin 95%-i burada yaranır.
Gözün buynuz qişası (kornea) oksigeni birbaşa havadan alır, qandan yox
Digər orqanlardan fərqli olaraq, gözün bu hissəsi oksigenlə birbaşa hava vasitəsilə təmin olunur.
İnsan orqanizmində təxminən 3 kq-a qədər bakteriya yaşayır
İnsan bədənində 1–3 kq arasında bakteriyalar, arxeyalar, göbələklər, protistlər və viruslar yaşayır. Yəni heç kim əslində tək deyil. Bu mikroorqanizmlərin bəziləri həzm prosesində kömək edir və zərərli mikroblardan qoruyur. Bəziləri isə sadəcə olaraq “dostcasına” və ya o qədər də dostcasına olmayan şəkildə bizimlə birlikdə yaşayır. Ümumilikdə, insan orqanizmində yaşayan mikroorqanizmlərin rolu hələ də tam öyrənilməyib.
Hər bir insanda sümük sayı fərqlidir
Yeni doğulmuş körpələrin bədənində 300-dən çox sümük olur. Zamanla bəzi sümüklər birləşir və nəticədə böyüklərdə orta hesabla 205–208 sümük qalır.