Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/12/2025

Paylaşın

HƏR ŞEYDƏN

Mütaliə vərdişini necə inkişaf etdirək?

Mütaliə, kitab, mütaliət etmək, kitab oxumaq, mütaliə bacarığı

Müasir dövrdə informasiya bolluğu içində yaşasaq da, kitab oxumaq – mütaliə hələ də bilik və dünyagörüşünü artırmağın ən effektiv yollarından biridir. Lakin çoxları kitab oxumağa başlamaqda və ya bu vərdişi davam etdirməkdə çətinlik çəkir. Bəs bu vərdişi necə inkişaf etdirmək olar?

  1. Kiçik addımlarla başlayın
    Gündə 5-10 dəqiqəlik müatliə ilə başlamaq, zamanla daha uzun seanslara keçmək üçün möhkəm təməl yaradır. Özünüzü bir anda böyük romanlar oxumağa məcbur etməyin.
  2. Maraq dairənizə uyğun kitablar seçin
    İnsan oxumaq istədiyi mövzu ilə maraqlanırsa, kitabı yarımçıq qoymaq ehtimalı azalır. Ədəbiyyat, psixologiya, tarix, fəlsəfə, inkişaf – nə maraqlıdırsa, oradan başla.
  3. Mütaliə vaxtınızı planlaşdırın
    Hər günün müəyyən bir saatını (məsələn, yatmazdan əvvəl) kitab oxumağa ayırmaq bu vərdişi gücləndirir. Rutinin bir hissəsinə çevrilən oxu vaxtı daha davamlı olur.
  4. Telefonu bir kənara qoyun
    Sosial media və bildirişlər diqqəti yayındırır. Oxuduğun zaman telefonu uzaqlaşdırmaq konsentrasiyanı artıracaq.
  5. Oxuduqlarınızı paylaşın
    Kitab haqqında dostlarınızla danışmaq, sitatlar paylaşmaq və ya qısa qeydlər yazmaq həm yaddaşı möhkəmləndirir, həm də motivasiyanı artırır.
  6. Kitabxana və ya kitab klublarına qoşulun
    Mühit insanı formalaşdırır. Oxuyan insanların içində olmaq bu vərdişi inkişaf etdirməyə kömək edir.

Nəticə olaraq…
Kitab oxumaq bir vərdişdir və hər vərdiş kimi, zaman və diqqət tələb edir. Ancaq başladıqdan sonra onun insana qazandırdığı bilik, düşüncə dərinliyi və daxili zənginlik bu zəhmətə tam dəyər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Payızın ilk günləri Bakının küçələrinə yalnız sərin havanı deyil, həm də təhsil mövsümünün gətirdiyi tanış mənzərəni qaytarır –

Ən son

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin