Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2025

Paylaşın

ETNOQRAFIYA

Südlü plov — Bakı süfrəsinin təkrarsız ləzzəti

Südlü plov, Plov, Azərbaycan mətbəxi, Yemək

Azərbaycan mətbəxi zəngin çeşidləri ilə məşhurdur. Hər bölgənin özünəməxsus yeməkləri olsa da, Bakı mətbəxi həm ənənəvi, həm də innovativ dadları ilə seçilir. Onlardan biri də südlü plovdur. Bu plov növü həm sadə, həm də xüsusi ziyafətlərdə təqdim edilən yeməkdir.

Südlü plovun tarixi və mədəni əhəmiyyəti

Südlü plov Bakı və ətraf bölgələrdə əsrlər boyu hazırlanıb. Düyünün süddə bişirilməsi plova həm fərqli yumşaqlıq, həm də zəngin dad qatır. Bu yemək adətən xüsusi günlərdə, bayramlarda və qonaq qəbulunda süfrəni bəzəyir. Qış aylarında xüsusən sevilir və bakılıların əsas yeməyi statusunu alır.

Tərkibi və Hazırlanması

Südlü plov üçün əsas inqrediyentlər:

• Uzun düyü
• Təzə süd
• Kərə yağı
• Duz
• İstəyə görə şəkər və darçın
• Quru meyvələr

Hazırlanması: 1 stəkan düyü, 1 stəkan süd də 1 stəkan suda bişirilir (bu, ailə üzvlərini sayına görə artırılır). zəfəran və ya sarıkök, yağ əlavə edilir. Yemək südlü olduğundan çox yumşaq və qaymaqlı konsistensiyaya malik olur. Bu plov süzülmür. Öz dəmində bişir.

Bu plova qara kimi şor balıq buxarda bişirilir. Kənarda qaysı, kişmiş, xurma bişirilir. Plov hazır olanda üstünə bəzək vurulur.

Südlü plovun Bakı mətbəxində yeri

Bu plov növü Bakıda həm sadə gündəlik yemək, həm də qonaqpərvərliyin simvolu kimi qiymətləndirilir. Südlü plovun hazırlanması evdə xüsusi qayğı tələb edir və adətən böyük ailə ziyafətlərində, toy və digər mərasimlərdə təqdim edilir.

Südlü plov Bakı mətbəxinin həm ənənəvi, həm də unikal nümunələrindən biridir. Onun sadə tərkibi və zəngin dadı insanlara ev isti xatırladır, eyni zamanda Azərbaycan mətbəxinin zənginliyini göstərir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Чарльз Джоугин, главный пекарь «Титаника», вошёл в историю не только своим ремеслом, но и невероятной историей его спасения.