Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2025

Paylaşın

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Ön cəbhədə silahı kinokamera idi – Bakı küçələrinin adlarını daşıyanlar

Mirzə Mustafayev

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Mirzə Mustafayevdir.

Bəs biz, Mirzə Mirzəbaxış oğlu Mustafayevin kim olduğunu bilirikmi?

Baki-baku.az xəbər verir ki, operator, rejissor və ssenarist Mirzə Mustafayev 1908-ci il iyunun 22-də Bakıda anadan olub.

Mirzə Mustafayev 1931-ci ildən kinoda fəaliyyət göstərib və 70-dən çox filmin hazırlanmasında iştirak edib. Kinoda operator (40-dan çox film), ikinci operator, operator assistenti, quraşdırılmış səhnələrin operatoru (20-yə yaxın film), rejissor (30-a yaxın film), ssenari müəllifi, aktyor və montajçı kimi çalışıb.

1941–1945 müharibəsinin ilk günlərindən başlayaraq kinematoqrafçılarımızın bir hissəsi arxa cəbhədə gecə-gündüz öz işini davam etdirirdisə, digər hissəsi ön cəbhədə çəkilişlər aparırdı. Onlardan biri də Mirzə Mustafayev idi. O, ön cəbhədə çəkilişlər aparıb, düşmənlə vuruşub, dəfələrlə ölümlə üz-üzə dayanıb. Bu cəbhəçi kinematoqrafçının silahı kinokamera idi.

Rejissor, təsvir rejissoru Mirzə Mustafayev 1979-cu il martin 15-də vəfat edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mənim üçün Qarabağ həmişə nağıl kimi, sirli, əlçatmaz bir məkan olub.

Ən son

İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.

İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin