Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/19/2025

Paylaşın

HƏR ŞEYDƏN

Qəlbi qırılanda göz yaşı tökən quş – sərçə

IMG-20250819-WA0036

Namaz üstündə kürəyindən vurulan Əli əleyhissəlamın qatili hüzuruna gətirilən zaman Həzrət Əlinin ilk sözü əsabələrini sarsıdır, onların qəlbinə ox kimi dəyir. “Sənə nə qədər çox yaxşılıq etmişdim”. Onun kürəyinə xəncəri saplayan yaxşılıq etdiklərindən, ölümün ağuşundan aldıqlarından biri idi.

İllərlə onun müqayisəsini aradım. Dünya fatehləri Metenin, Atillanın, Nadir şah Əfşarın xəyanətə qurban olduğunu duyduqca ruhum bədəndən oynadı. Doğudan Batıya at çapan, atının kişnərtisi qəlbi dağların qulağına sırğa olan, qolunun davamını Qılıncda, ruhunun davamını Sazda görən bu qüdrətli sərkərdə xaqanlar səltənətdə önə keçirdiklərinin xəyanətinə qurban getmiş, zəhər camı, zəhərli qılıncla əcəl şərbəti içmişdilər. Onlar içdikləri zəhərdən, aldıqları yaradan yox, üzüntüdən sarsılmışdılar. Gözlərindən axan son büllur qarışıq qürur yaşı tökmüşdülər.

Min illər boyu sərkərdə-xaqanları qartalla müqayisə etdik. Sən demə Tanrının ən zərif yaradılışı olan Sərçələr də qürur, qeyrət və xiffət, üzüntü məsələsində onlarla müqayisə oluna bilərmiş. Deyirlər, sərçələr sevdiyinin yuvasına xəyanətlə döndüyünü biləndə üzülür, göz yaşı tökür. Göz yaşı sel kimi axıb qurtaranda canlarını tapşırırlar. Onu da deyirlər ki, dünyada hıçqırtı ilə ağlayıb can verən tək və yeganə varlıq sərçədir. Bu incə ruhlu, qürur dolu varlıq heç vaxt yuvasını tərk etməz, köçəri quşlar kimi payızda isti ölkələrə köçməzlər. İstiyə, soyuğa, qışa-sazağa baxmayaraq, yuvasını soyutmaz, budağını boş qoymaz.

Şahların, padşahların, sərkərdə-xaqanların sevdiyi quşlar olub. Ov ovlayıb, quş quşlayanda, düşmən üstünə yeriyəndə şahinləri qalalardan pərvaza gəlib. Qarapapaq türklərində qartal əzəmətin, şahin səltənətin, sərçə isə sədaqətin rəmzidir. Bəlkə, ona görədir ki, Mete, Atilla, Arpaslan, Əli əleyhissəlam kimi dəyər sahibləri də sərçəni heç zaman ovlamayıb, ətini yeməyiblər.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Ən son

HƏR ŞEYDƏN

Namaz üstündə kürəyindən vurulan Əli əleyhissəlamın qatili hüzuruna gətirilən zaman Həzrət Əlinin ilk sözü əsabələrini

HƏR ŞEYDƏN

Namaz üstündə kürəyindən vurulan Əli əleyhissəlamın qatili hüzuruna gətirilən zaman Həzrət Əlinin ilk sözü əsabələrini