Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/31/2026

Paylaşın

Mədəniyyət

Akademik Musiqili Teatrın uşaqlara bayram töhfəsi – “Balaca şahzadə”

IMG-20260531-WA0000

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Baki-baku.az xəbər verir ki, həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan əyləncəli, eyni zamanda dərin məna kəsb edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Tamaşada teatrın aktyorları – Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak edəcəklər.

Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev canlandıracaq.

Xatırladaq ki, müzıkl 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub.

Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, həmçinin iTicket.az saytından əldə etmək mümkündür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

CƏMIYYƏT

Baki-baku.az xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə

CƏMIYYƏT

Baki-baku.az xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin