Nəşr edilmişdir 09/23/2024

Paylaşın

XƏBƏRLƏR

Gələn ay 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Bakı Ekspo Mərkəzində oktyabrın 2-8-də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq.

“BakıBaku”, BAKU.WS-ə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır.

Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.

Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Ən son

DİGƏR XƏBƏRLƏR

Baki-baku.az xəbər verir ki, aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət

XƏBƏRLƏR

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından

XƏBƏRLƏR

“COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq”.Baki-Baku.az Report.az-a istinadən xəbər verir ki, bunu