Nəşr edilmişdir 06/18/2025

Paylaşın

GÜNDƏM

“Qaravəlli” tamaşasının premyerası keçiriləcək

"Qaravəlli”, Sumqayıt Dövlət Dram Teatrı, Qaravəlli tamaşası, Yazıçı Anar

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın iyul ayında premyerası keçiriləcək.

Baki-baku.az xəbər verir ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, ritmika Ramazan Xanlarov, musiqilərin ifası – “Dərviş” qrupu, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir.
Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən və daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir.
Yeni tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov) , Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova) , İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan Xanlarov və Etibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.

"Qaravəlli”, Sumqayıt Dövlət Dram Teatrı, Qaravəlli tamaşası, Yazıçı Anar

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı tarix boyu təkcə geosiyasi mövqeyi ilə deyil, həm də öz simvolizmi ilə seçilən şəhərlərdən olub.

Ən son

ETNOQRAFIYA

Bakıda çay mədəniyyəti və çayxanaların sosial rolu

ETNOQRAFIYA

Bakıda çay mədəniyyəti və çayxanaların sosial rolu