Nəşr edilmişdir 02/03/2025

Paylaşın

GÜNDƏM

Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri açılıb

IMG-20250203-WA0050

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonunun Alıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fonduna daxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində icbari dispanserizasiya prosesinə

Ən son

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri