Ötən il istehsal edilmiş məhsullardan yaranan ehtiyatların 45,9 %-i Bakıdakı sənaye müəssisələrinin anbarlarında qalıb.
Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 2025-ci
il yanvarın 1-i vəziyyətinə 746 milyon manatlıq hazır məhsul olib.
Həmçinin ehtiyatların 17 %-i Sumqayıt, 2,8 %-i
Gəncə, 2,8 %-i Şirvan şəhərlərinin, 1,6 %-i Naxçıvan Muxtar
Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların
sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye
müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və
satış üçün nəzərdə tutulmuş 77,6 milyon manat məbləğində digər
məhsullar da mövcud olub.