Nəşr edilmişdir 01/13/2025

Paylaşın

GÜNDƏM

ETX: Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar var

“Facebook” sosial şəbəkəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir.
Baki-Baku.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Məlumata görə, saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha,

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha,