Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/13/2025

Paylaşın

GÜNDƏM

Ötən il Bakı aeroportu 7,5 milyondan çox sərnişinə xidmət göstərib

dc9dccf6-bfff-4cf3-8e20-34856b2739a9

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.
Aeroportunun mətbuat xidmətindən Baki-Baku.az-a bildirilib ki, ötən il hava limanı 7 milyon 537 min sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31 % artım deməkdir. İl ərzində 59 min 238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.
Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3 milyon 495 min, milli aviadaşıyıcı AZAL isə 3 milyon 314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130 % artaraq 373 min 383 nəfərə çatıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 % çox, yəni 3419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4 % artaraq 728 min nəfər təşkil edib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərpoçt" MMC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Zəfər

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Bakı Kitab Mərkəzində keçirilən "Zəfər sevinci"

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Bakı Kitab Mərkəzində keçirilən "Zəfər sevinci"
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin