Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

İQTİSADİYYAT

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10 ayda 19 milyard kubmetrə yaxın qaz nəql edilib

Bakı-Tbilisi-Ərzurum kəməri

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 32 milyard 916,9 milyon kubmetr qaz nəql edilib.

Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 10 ayı ilə müqayisədə 0,3 % azdır.

Hesabat dövrünə qazın nəqlinin 57,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 18 milyard 869,9 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,4 % azdır.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 21 milyon 103,8 min

İQTİSADİYYAT

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 21 milyon 103,8 min
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin