Bakının Yasamal rayonunda uzun müddətdir söküntü işləri gedir.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonunda bu günə kimi istismar müddətini tamamlamış və qəzalı vəziyyətdə olan 200 bina sökülüb.
Layihə şəhər sakinlərinin təhlükəsizliyini qorumaq və ərazidə yeni yaşayış mühiti formalaşdırmaq məqsədilə həyata keçirilir. Fərdi yaşayış evləri və mənzilləri sökülən vətəndaşlar müvafiq kompensasiya ilə təmin olunurlar.
Söküntü işləri Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini, həmçinin Azərbaycan prospekti, Süleyman Rəhimov, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Nabat Aşurbəyova, Balababa Məcidov və Həmidağa Hüseynzadə küçələrini əhatə edir.
Qeyd edək ki, köhnə tikililərin mərhələli şəkildə yenilənməsi şəhərin ümumi görünüşünə müsbət təsir göstərəcək və sakinlər üçün daha təhlükəsiz məkanların yaranmasına imkan verəcək.