Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Yasamalda çoxmərtəbəli binada qanunsuz artırılan eyvan sökülüb – EKSKLÜZİV

Yasamal rayonunda “Üç tac”ın qarşısında yerləşən yeni tikilən çoxmərtəbəli yaşayış binasında qanunsuz olaraq eyvan artırılıb.
Baki-baku.az xəbər verir ki, eyvan artırması köhnə və ya baxımsız bir tikili də yox, məhz müasir, yeni inşa edilmiş binada edilib. Paytaxtda son illərdə şəhərsalma normalarına uyğun tikilən, estetik və təhlükəsizlik standartlarına cavab verən binalarda belə halların olması ictimaiyyətdə də təəccüb doğurub. Söhbət hələ istismar müddətinin başlanğıcında olan, şəhərin müasir memarlıq görünüşünə aid bir binadan gedir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hadisə ilə bağlı araşdırma aparılıb və eyvanın qanunsuz olaraq artırılması təsdiqlənib.
Şəhərin kommunal strukturunun əməkdaşları dərhal sözügedən əraziyə gedib və qanunsuz artırılan eyvanın söküntüsü həyata keçirilib.
Vətəndaşa törətdiyi qanunsuz əməlin yaradacağı fəsadları ilə bağlı xəbərdarlıq edilib, binanın konstruksiyasının zərər görə biləcəyi, şəhərin estetik görünüşünə xələl gətirməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun addımlar atılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə İslam Səfərli küçəsi avtomobillərin hərəkəti üçün tamam bağlanacaq.

Ən son

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin