Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2026

Paylaşın

GÜNDƏM

YAP Səbail rayon təşkilatında Milli Mətbuat Günü qeyd olunub

WhatsApp Image 2026-07-23 at 09.20.51

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

Baki-baku.az Azərtac-a istinadla xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev medianın milli maraqların qorunmasında rolundan danışıb. O bildirib ki, 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoymaqla yanaşı, xalqın maariflənməsinə, ana dilinin inkişafına və milli özünüdərk prosesinin güclənməsinə mühüm töhfə verib. M.Nağıyev qeyd edib ki, 151 illik zəngin inkişaf yolu keçən Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdə milli dəyərlərin təbliğində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm xidmət göstərib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması və media sahəsində həyata keçirilən islahatlar milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, medianın hüquqi bazasının təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca milli mətbuatımızın keçdiyi zəngin inkişaf yolundan geniş bəhs edib. O, medianın bundan sonra da üzərinə düşən vəzifələri obyektivlik, qərəzsizlik, məsuliyyət prinsiplərinə sadiq qalaraq layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz, Əməkdar jurnalist Etibar Babayev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı çıxışlarında cəmiyyətin inkişafında və dövlət maraqlarının qorunmasında mətbuatın rolundan danışıblar.

Sonra bir qrup jurnalistə fəxri fərman təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda konsert proqramı təqdim olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib.

Ən son

TARİX

Malazgirt savaşını qazanan Alp Arslan Qaraxanlılar İmperiyasına hücum edib Bərzəm qalasını tutdu

TARİX

Malazgirt savaşını qazanan Alp Arslan Qaraxanlılar İmperiyasına hücum edib Bərzəm qalasını tutdu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin