Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 71 ünvanında 5 mərtəbəli binanın qarşısı qanunsuz parkalanma yerinə çevrilərək zəbt olunub.
Bina sakinlərindən Baki-baku.az-a daxil olan şikayətdə bildirilib ki, sözügedən ünvanda 5 mərtəbəli yaşayış binasının qarşısında 1 blokdan ibarət 8 mərtəbəli bina tikilib. Binalar arasında məsafə az olmasına baxmayaraq, üstəlik həyətin əksər bir hissəsi avtomobillərin parklanması üçün zəncirlənərək ayrılıb, şlaqbaum quraşdırılıb.
Sakinlər qeyd edir ki, binada hər hansı hadisə baş verərsə, yanğın söndürən, təcili tibbi yardım avtomobillərinin binanın həyətinə girişi mümkünsüz olacaq.
Baki-baku.az bununla bağlı aidiyyəti qurumlara müraciət edib və qısa zamanda məsələnin həllini tapacağına ümid edir.