Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2026

Paylaşın

GÜNDƏM

“Xaqani” adlı pyeslər toplusunun təqdimat mərasimi keçirilib

21 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Xaqani” adlı pyeslər toplusunun təqdimat mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, filologiya üzrə fəlsəfə doktoru, xaqanişünas alim Elnarə Zeynalova və yazıçı Sona Abbasbəyli çıxış ediblər.
Fondun prezidenti professor Aktotı Raimkulova çıxışında kitabın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq nəşr edildiyini vurğulayıb. O, nəşrin əsas məqsədlərindən birinin Xaqani irsini yenidən diqqət mərkəzinə gətirmək və əsərlərinin teatr səhnələrində yaşadılmasına töhfə vermək olduğunu bildirib.
Nəşrdə xalq şairi Məmməd Rahimin “Xaqani”, Zeynal Xəlilin “Şairin yuxusu” və Novruz Gəncəlinin “Zəlzələ” pyesləri yer alıb. Bu əsərlər vasitəsilə dahi şairin yaşadığı dövr, ictimai-siyasi mühit və ədəbi irsi bədii şəkildə təqdim olunur.
Təqdimat mərasimi Xaqani Şirvaninin qəzəllərinin qiraəti və muğam ifası ilə müşayiət olunan bədii proqramla davam edib.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

21 oktyabr 2026-cı il tatixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Beynəlxalq Kitab sərgisi çərçivəsində “Uşaq Dünyası”

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin