Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2026

Paylaşın

GÜNDƏM

Veteranlar Zəfər Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini anıblar

WhatsApp Image 2026-11-05 at 14.59.42 (1)

Veteranlar Hərbi Memorial Məzarlığı, Şəhidlər Xiyabanını, Zəfər abidəsini və Türk Şəhidliyini ziyarət ediblər.
Baki-baku.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Hərbi Memorial Məzarlığı, Şəhidlər Xiyabanını, Zəfər abidəsini ziyarət ediblər. Təşkilat sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında gerçəkləşən ziyarət zamanı veteranlar şəhidlərin ruhuna dualar oxuyub, onların məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət zamanı veteranlar, eləcə də, yeniyetmə və gənclər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən danışıb, bu zəfərin 30 illik erməni işğalına son qoyduğunu, bütün regiona sülh və sabitlik gətirdiyini vurğulayıb. Polkovnik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin əldə etdiyi bu zəfərə görə ilk növbədə şəhidlərimizə, onların göstərdiyi fədakarlıqlara borclu olduğumuzu qeyd edib.
Daha sonra veteranlar Bakıdakı türk məzarlığını ziyarət ediblər. Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin dərin köklərə malik olduğunu söyləyən Təşkilat sədri, bu qardaşlığın bundan sonra da davam edəcəyini, digər dövlətlər üçün nümunə olacağını bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ən son

GÜNDƏM

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl

GÜNDƏM

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin