Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

ƏDƏBİYYAT, Mədəniyyət

Vaqif Poeziya Günləri Qazaxdan start götürdü: “Sözün hekayəsi” üç gün davam edəcək

Vaqif Poeziya Günləri, "Sözün hekayəsi"

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günlərinə iyulun 16-da Qazax rayonunda start verilib.

Baki-baku.az xəbər verir ki, bu il “Sözün hekayəsi” şüarı altında təşkil olunan poeziya bayramı iyulun 18-dək davam edəcək və proqramın əsas tədbirləri iyulun 17-də Şuşada keçiriləcək.

Layihənin məqsədi görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin zəngin irsini yaşatmaq, milli ədəbi dəyərlərin təbliğini gücləndirmək və müasir ədəbi proseslərin inkişafına dəstək verməkdir.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərində yerləşən Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra proqram Qazax Ədəbiyyat Muzeyində davam edib. Burada Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal çıxışında xatırladıb ki, Vaqif Poeziya Günlərinin təməli 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada qoyulub.

Həmin il Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evinin açılışı olub, daha sonra ənənəvi poeziya günlərinin keçirilməsinə başlanılıb. Onun sözlərinə görə, 1991-ci ilə qədər tədbirlər hər il Qazaxdan başlayaraq Şuşada yekunlaşırdı. Şuşanın işğalı illərində poeziya günləri yalnız Qazaxda təşkil edilib, torpaqlarımız azad olunduqdan sonra isə bu ənənə yenidən Şuşada davam etdirilir.

Barat Vüsal bildirib ki, builki proqram əvvəlki illərlə müqayisədə daha zəngindir. Poeziya günləri çərçivəsində Molla Pənah Vaqifin yaradıcılığına həsr olunan bədii kompozisiyalar, musiqili proqramlar və müxtəlif ədəbi görüşlər təşkil ediləcək. Yeniliklər sırasında “Kitab dayanacağı” köşkünün istifadəyə verilməsi, TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalının keçirilməsi də yer alır. Bundan başqa, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşənin oxucularla görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya proqrama daxil edilib.

Poeziya Günlərinin sonuncu günü Xaqani Şirvaninin 900 illiyinə həsr edilən elmi konfrans, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyi münasibətilə hazırlanmış “Sözün həsrəti – “Heydərbabaya salam” bədii-musiqili kompozisiyası və “Sözün Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə yekunlaşacaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Vaqif Poeziya Günlərinin artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, son altı ildə tədbirlər azad Şuşada keçirilir və artıq dördüncü ildir ki, poeziya bayramı Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən danışaraq, poeziya günlərinin həm Qazaxda, həm də Şuşada təşkil olunmasının rəmzi məna daşıdığını qeyd edib. O, çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, mədəni irsin və tarixi abidələrin yenidən dirçəldilməsi istiqamətində görülən tədbirlərdən də bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi isə bildirib ki, Vaqif Poeziya Günlərinin əsas məqsədi yalnız şeir səsləndirmək deyil, böyük söz ustadının yaradıcılığını yenidən öyrənmək, onu gənc nəslə tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.

Tədbirdə həmçinin Ağstafada fəaliyyət göstərən “Hüseyn Arif” ədəbi məclisinin rəhbəri Saqif Qaratorpaq və AYB üzvü Rəfail İncəyurd çıxış edərək Vaqif Poeziya Günlərinin Azərbaycan ədəbi mühitində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Qazaxda keçirilən açılış mərasimi bədii proqramla başa çatıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı

Ən son

ƏDƏBİYYAT, Mədəniyyət

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günlərinə iyulun

ƏDƏBİYYAT, Mədəniyyət

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günlərinə iyulun
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin