Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/04/2025

Paylaşın

GÜNDƏM

“Uşaqlarla peşəkar əlaqə: Yeni çağırışlar və perspektiv bacarıqlar” adlı multidissiplinar konfrans keçirilib

Bu gün Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla peşəkar əlaqə: Yeni çağırışlar və perspektiv bacarıqlar” adlı multidissiplinar konfrans keçirilib.
Baki-baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında Uşaq Hüquqlarının müdafiəsi Komissiyanın məsul katibi Zülfiyyə Həsənovanın moderatorluğu ilə keçirilən konfrans Avrasiya Universitetində baş tutub.
Konfransı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Muradova açaraq qonaqları salamlayıb, ilk sözü Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Daxili İşlər Orqanlarının inzibati fəaliyyət” kafedrasının rəisi Rafiq Nəcəfquliyevə verib. O, şəxsi təcrübələri üzərindən misallar çəkərək problemlərin həllini müxtəlif yollarını gündəmə gətirib. Bildirib ki, xarici dövlətlərin nümunəsindən istifadə etmək lazımdır.
Sonra Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti şöbəsinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova çıxışında ailə, uşaq, məktəb üçlüyünün bir yerdə işləməsinin böyük faydasını dilə gətirib.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov problemin müxtəlif nüanslarına toxunaraq sosial pedaqoqların, məktəb psixoloqların və ümumiyyətlə bütün müəllimlərin uşaqların inkişafında, onların hüquqlarının müdafiəsindəki böyük nüfuzundan danışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin, Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova da çıxışında maarifləndirmənin rolunu xüsusi qeyd edib.
İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva qurumların koordinasiyalı iş görməsinin əhəmiyyətindən danışıb.
Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis polkovnik-leytenant Kəmalə Ələkbərova, 57 №-li məktəbin direktoru Aytən Sadıqova, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Həssas Əhali Qrupları ilə iş departamentinin Dövlət Proqramları şöbəsinin əməkdaşı Nərmin Hasilova, Gənclər və İdman Nazirliyin Gənclərlə iş şöbəsinin əməkdaşı Ülkər Əlizadə də fikirlərini bildirəndən sonra konfrans müzakirə ilə davam edib. Sonda Zülfiyyə Həsənova hər kəsə təşəkkürünü bildirərək, konfransı yekunlaşdırıb.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 iyun 2026-cı il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Bakı

Ən son

GÜNDƏM

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi

GÜNDƏM

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin