Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/26/2026

Paylaşın

TARİX

Azərbaycan Ordusu – Qüdrətin, əzəmətin, ləyaqətin rəmzi

Silahlı Qüvvələr Günü

İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri dünyanın nüfuzlu hərbi birlikləri sırasında yer alır”

1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı.

Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən qüdrətli sərkərdə – xaqanlarımız Qılıncla Qələmin vəhdətində “Ordum var – yurdum var!” nidası ilə əzəmətli dövlətlər qurdular. Qüdrətli orduları milli dövlətçiliyin təməl prinsipinə, sütununa çevirdilər.

Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından biri olan milli ordumuzun tarixi xalqımızın azadlıq, müstəqillik və vətən sevgisi ilə yoğrulmuş şərəf salnaməsidir. Bu salnamənin hər səhifəsində qəhrəmanlıq, fədakarlıq, vətənə sədaqət və milli ruhun təntənəsi yaşayır.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov yeni hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular

Hərb sahəsində ilk böyük uğur 1918-ci il sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı, milli ordunun gücünü və xalqın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi Ulu Öndərin adı ilə bilavasitə bağlıdır

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Azadlıq Meydanında – Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Lakin Milli Ordumuzun ömrü uzun olmadı. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı. Bununla belə, milli ordu ideyası xalqın yaddaşından silinmədi, gələcək nəsillərin qəlbində müqəddəs amal kimi yaşadı.

Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün və misilsiz təşkilatçılıq qabiliyyətinin nəticəsidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünərək milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olunması bunun ən parlaq nümunəsidir. Ulu Öndər yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin zabitlər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıq salnamələri yazaraq xalqımızın sonsuz rəğbətini qazandılar.

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda əsaslı dönüş yarandı. Ordumuzda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş ruhu yüksəldildi. Məhz həmin dövrdə xalqda və orduda qələbəyə qəti inam formalaşdı.

Bu uğurlu əməliyyatlar Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və gələcək böyük zəfərlərin müjdəçisi oldu

Azərbaycan Ordusunun ilk ciddi sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu uğurlu əməliyyatlar Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və gələcək böyük zəfərlərin müjdəçisi oldu.

Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin gündən etibarən bu tarix xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı, döyüş hazırlığı daha da gücləndirildi. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü ordusuna çevrildi və dünyanın ən qüdrətli hərbi qüvvələri sırasında öz layiqli yerini tutdu. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, bu da ölkəmizin hərbi potensialının güclənməsinə mühüm töhfə verir.

Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi. Bu gün XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyatları dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Dövlətimiz tərəfindən döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçular yüksək orden və medallarla təltif edilmiş, şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir, yeni komando birlikləri yaradılır, müasir silah və texnika arsenalı genişləndirilir. Qəhrəman əsgər və zabitlərimiz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyurlar.

“Ordum var – yurdum var!”

Ötən əsrin əvvəlində “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir dövlət qurub bayraq yapan Cümhuriyyət qurucuları, general Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Xosrov bəy Sultanovun, Qacarlar sülaləsinə məxsus general və polkovnik rütbəsi daşıyan qüdrətli hərbçilərin iradəsi ilə “Ordum var – yurdum var!” hikmətini yaddaşlara həkk etdilər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində də ordu quruculuğu əsas prioritetlərdən biri oldu. 44 günlük Vətən müharibəsi ilə fətih dastanı yazan, Mete, Atilla, Alparslan, Əmir Teymur, Osman Qazi, Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qazi Mustafa Kamal Paşa Atatürk kimi sərkərdə – xaqanların, liderlərin sırasına Müzəffər Ali Baş Komandan kimi yazılan Prezident İlham Əliyev dünyaya sübut etdi ki, burada, Güney Qafqazda qüdrətli bir xalq, əzəmətli dövlət, müzəffər ordu var. Onu tanımaq, etiraf etmək, iradəsi ilə hesablaşmaq gərəkdir! Bu gün Silahlı Qüvvələr Günüdür! Bu gün hər birimizin günüdür!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı

Ən son

TARİX

İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri dünyanın nüfuzlu hərbi birlikləri sırasında yer alır”

TARİX

İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri dünyanın nüfuzlu hərbi birlikləri sırasında yer alır”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin