Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/23/2026

Paylaşın

İdman

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir iyunun 24-də, saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.
Açıq məşqdə “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçıları – azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin “Shara Bullet” Maqomedov, eləcə də yerli döyüşçülər – Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.
Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.
Xatırladaq ki, “UFC Fight Night” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları Dərnəgüldə də dayanır.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin