Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

İdman

UCI Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının təşkilatçılığını yüksək qiymətləndirib

WhatsApp Image 2026-07-02 at 17.55.13

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycan Velosiped İdmanı Federasiyasına (AVİF) Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının nəticələri ilə bağlı yekun qiymətləndirmə hesabatı göndərib.
Bu barədə Baki-baku.az-a AVİF-dən məlumat verilib.
Hesabatda bu yarış “Gələcək üçün böyük potelsiana malik, yaxşı təşkil olunmuş tədbir” kimi qiymətləndirilib, ayrı-ayrı istiqamətlər üzrə qiymətlər isə göstərilib. Yarış zamanı təhlükəsizliyin yüksək səviyyədə təşkil edildiyi, polis və tibb xidmətləri yaxşı iş nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Azərbaycanda böyük tamaşaçı marağı, uyğun məsafələr və yarış profili, əlverişli hava şəraiti və gözəl mənzərələr olduğu vurğulanıb.
Turnirdə yüksək keyfiyyət və yaxşı təşkilatçılıq olduğu, bütün iştirakçıların yerləşdirmə, qidalanma və təmin edilən şəraitdən razı qaldıqları yazılıb. TV yayımında qənaətbəxş fəaliyyət, peşəkar, təcrübəli və yaxşı təciz olunmuş heyət olduğu bildirilib.
Beynəlxalq qurum təşkilatçılığı məqbul sayıb və ümumilikdə bütün aspektlər üzrə təşkilatçılığın yaxşı səviyyədə olması, bununla yanaşı, bəzi məqamların təkmilləşdirilməsi qənaətinə gəlib.
Xatırladaq ki, mayın 10-14-də Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda, o cümlədən 1 Dünya Turu, 4 Pro-Tur, 18 kontinental və 1 milli yığma komanda iştirak edib. Yarış iştirakçıları mayın 10-da Bakıda “Sea Breeze Resort”dan start götürərək 5 gün ərzində Bakının və daha 20 şəhər və rayonunun ən görməli yerlərindən keçməklə 850 kilometrdən çox məsafə qət edib və mayın 14-də Xankəndi şəhərində finiş xəttinə çatıblar. Yarışın bütün mərhələləri “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı olaraq yayımlanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin