Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2026

Paylaşın

GÜNDƏM

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib

17940561121890319018_1200x630

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib.

Baki-baku.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.

Şənliyin ən yaddaqalan məqamlarından biri uşaqların hazırladıqları rəngarəng bayram proqramı olub. Onların çıxışları, əl işlərindən ibarət yaradıcılıq nümunələri və səmimi təqdimatları qonaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Çin tərəfindən mərkəzə hədiyyə olunan avadanlıqların təqdimatı isə mərasimin mühüm hissəsini təşkil edib. Yeni avadanlıqlar mərkəzin maddi-texniki imkanlarının genişləndirilməsinə, uşaqların gündəlik qayğısı üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Hər bir uşağın eşidildiyi, anlaşıldığı, sevildiyi və özünü təhlükəsiz hiss etdiyi mühitin yaradılması dövlətimizin uşaq siyasətinin və sağlam cəmiyyət quruculuğunun əsas istiqamətlərindəndir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin