Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondunda Vyetnamla əməkdaşlıq perspektivləri müzakirə olunub

WhatsApp Image 2026-07-28 at 15.01.12

27 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək, Fondun prezidenti, professor Aktotı Raimkulova ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, türk xalqlarının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər türk mədəni irsinin Vyetnamda tanıdılması və təşviqi üçün mövcud imkanları müzakirə ediblər. Bu istiqamətdə mədəni tədbirlərin və digər birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının, o cümlədən digər Türk dövlətlərinin Vyetnamdakı Səfirlikləri arasında gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsinin vacibliyi qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik tariximizdə mühüm yer tutan eramızdan əvvəl IV əsrdən VII əsrdək mövcud olan, V əsrdən əlifbasını, yazı

Ən son

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin