Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

Mədəniyyət

Film istehsalına dəstək üçün iki müsabiqə davam edir

Film, ARKA

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir.

Baki-baku.az xəbər verir ki, birgə film istehsalına dəstək müsabiqəsi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkili, həvəsləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə keçirilir. Müsabiqəyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan şirkətləri ilə birgə layihələr təqdim oluna bilər.

Ortaq ictimai xadimlər və tarixi hadisələrdən bəhs edən, ortaq dəyərlərimizin inkişafına, əlaqələrin güclənməsinə xidmət göstərən, adət-ənənələrimizi təbliğ edən filmlər, eləcə də uşaq filmləri müsabiqənin prioritet mövzularıdır.

Müsabiqəyə qoşulmaq üçün layihənin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş xarici prodüser meyarlarına cavab verən şəxs olmalıdır.

Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliğində, milli-vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin və bu sahədə fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin dəstəklənməsidir.

Mövzusu məşhur xadimlərimiz, Azərbaycan dövlətinin tarixi, nağıl və ya dastanlarımızın motivləri, tariximizdə iz qoyan qadınlar, 44 günlük Vətən Müharibəsi və onun qəhrəmanları, ailə dəyərləri və demoqrafik problemlər, müasir innovasiya hadisələrinin qəhrəmanları ilə bağlı olan, qeyri-maddi irsimizi əks etdirən, eləcə də uşaq filmləri və musiqili filmlər bu layihənin prioritet mövzularıdır.

Hər iki müsabiqələrin təfərrüatları və iştirak qaydaları ilə ətraflı şəkildə Kino Agentliyinin saytında (https://arka.culture.az) tanış olmaq, “my.culture.az” saytında qeydiyyatdan keçməklə layihələri təqdim etmək mümkündür.

Xatırladaq ki, Birgə film istehsalına dəstək müsabiqəsinə sənədlərin qəbulu noyabrın 30-da, Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə sənədlərin qəbulu isə dekabrın 2-də başa çatacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1926-cı ilin sentyabrın 9-da Qarabağda Ağdamın Seyidlər kəndində dünyaya gələn Adilə Namazova ağlı kəsər-kəsməz həkim olmaq, həyat qurtarmaq

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.

HƏR ŞEYDƏN

Baki-baku.az sadə biznes ideyası ilə böyük sərvət qazanan qadının uğur hekayəsini təqdim edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin