Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bəşər tarixinin ən qeyri-adi pulları

Təsəvvür edin ki, bazara gedərkən cibinizə pul deyil, bir ovuc dəniz ilbizi qabığı və ya bir parça duz qoyursunuz. Bu gün qəribə görünsə də, əsrlər əvvəl belə əşyalar insanların gündəlik alış-veriş vasitəsi olub.

Asiya və Afrikanın müxtəlif bölgələrində kauri adlı dəniz ilbizlərinin qabıqları pul əvəzinə istifadə edilib. Efiopiyada isə düzbucaqlı duz parçaları ilə ərzaq və digər məhsullar almaq mümkün idi.

Mərkəzi Amerikada asteklər kakao dənələrindən ödəniş vasitəsi kimi istifadə edirdilər. Çin və Monqolustanda isə sıxılmış çay yarpaqlarından hazırlanan xüsusi bloklar pul funksiyasını yerinə yetirirdi.

Tarixin ən qeyri-adi pullarından biri isə Sakit okeandakı Yap adasında mövcud olub. Burada diametri bir neçə metrə çatan nəhəng dairəvi daşlar sərvət hesab edilirdi. Maraqlıdır ki, daşın sahibi dəyişəndə onu yerindən tərpətməyə ehtiyac yox idi. Ada sakinlərinin daşın kimə məxsus olduğunu bilməsi kifayət edirdi.

Əslində, bu qədim ödəniş sistemi müasir bank əməliyyatlarını xatırladır. Çünki bu gün də milyardlarla pul vəsaiti fiziki olaraq yerini dəyişmədən bir hesabdan digərinə köçürülür.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2026-cı ilin doqquz ayı ərzində ölkədə 79,5 min yeni iş yerləri yaradılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,9

Ən son

HƏR ŞEYDƏN

Təsəvvür edin ki, bazara gedərkən cibinizə pul deyil, bir ovuc dəniz ilbizi qabığı və ya

HƏR ŞEYDƏN

Təsəvvür edin ki, bazara gedərkən cibinizə pul deyil, bir ovuc dəniz ilbizi qabığı və ya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin