Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlim keçən müdavimlərlə görüş keçirilib

Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Avqustun 14-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərə görüş keçirilib. Tədbir çərçivəsində sözügedən peşə təhsil mərkəzində alternativ enerji qurğu və avadanlıqlarının istismarı ixtisası üzrə təlimləri uğurla başa vuran 9 müdavimə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, cari ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 nəfər məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir və əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.
Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Proqram çərçivəsində 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə 653 nəfər təlimlərə cəlb olunub. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Yasamal rayonu ərazisində qaz olmayacaq.

Ən son

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin