Şuşada Vaqif Poeziya Günləri çərçivəsində silsilə tədbirlər keçirilir.
Baki-baku.az-ın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, ilk tədbir Aşıq Ələsgərin vəfatının 100 illik ildönümü münasibətilə “Sözün aşığı, sözün aşiqi” adı altında keçirilib.
Tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və verdiyi töhfələrdən bəhs edilib.
Bildirilib ki, sənətkarın poeziyası və saz sənəti bu gün də mənəvi mənbə olaraq yaşayır.
Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının Türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.



Xanım Aydın