Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

İQTİSADİYYAT

“Sea Breeze” Monteneqroda layihəyə başlayır

WhatsApp Image 2026-05-26 at 19.08.50

“Sea Breeze” Monteneqroda layihəyə başlayır.
Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, “Agalarov Development”in prezidenti, “Sea Breeze” kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov “Xəzər regionuna investisiyalar” işgüzar panelində bildirib.
“Biz artıq Şahdağ ərazisində qəsr adlanan tikilinin inşasına başlamışıq. Bundan başqa, biz başa düşürük ki, Sea Breeze ölkə hüdudlarından kənara çıxa bilər – yəqin ki, Özbəkistandakı layihə haqqında artıq eşitmisiniz. Bununla yanaşı, biz Monteneqroda layihəyə start vermişik”, – E. Ağalarov deyib.
Onun sözlərinə görə, hazırda “Sea Breeze”in məqsədi beynəlxalq investorlara çıxış əldə etməkdir.
“Bu gün tikinti işlərində təxminən 750 hektar ərazi mənimsənilir – bu, həqiqətən çox böyük həcmdir. Eyni vaxtda 4,5 milyon kvadratmetrdən çox sahədə iş gedir, bu da təxminən 10 milyard ABŞ dolları təşkil edir. Bütün bunları təqribən üç il ərzində başa çatdırmağı planlaşdırırıq. Layihənin ümumi investisiya portfeli isə minimum 100 milyard dollardır, bunu da növbəti 10 il ərzində cəlb etmək niyyətindəyik. Layihə 1 850 hektar sahənin mənimsənilməsini və 30 milyon kvadratmetr müxtəlif növ daşınmaz əmlakın: otellərin, apartamentlərin, apart-otellərin, villaların, kommersiya zonalarının, məktəblərin, universitetlərin və bir çox digər obyektlərin reallaşdırılmasını nəzərdə tutur”, – E. Ağalarov bildirib.
Xatırladaq ki, hazırda Azərbaycan artıq Monteneqroda “Portonovi” layihəsini həyata keçirir. Layihəyə yatırılan investisiyaların ümumi məbləği 1 milyard ABŞ dollarına yaxınlaşır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2025-ci ili 3,679 milyon manat zərərlə başa vurub.

Ən son

İQTİSADİYYAT

"Bank Respublika" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 12,558 milyon manat dividend ödəyib.

İQTİSADİYYAT

"Bank Respublika" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 12,558 milyon manat dividend ödəyib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin