Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/17/2026

Paylaşın

GÜNDƏM

Sabahdan “Koroğlu” NMM-i “Sea Breeze” ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır

WhatsApp Image 2026-07-17 at 14.38.10

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini “Sea Breeze” istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut üzrə aralıq dayanacaqlar bunlardır: Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi); Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi); Mərdəkan prospekti (Binə qəsəbəsi); Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə); 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi); Bilgəh Kardioloji Sanatoriyası; Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi); Sea Breeze 1; Sea Breeze 2.
Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 manat müəyyən edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Pirallahı Rayon Gənclər

Ən son

İdman

27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışına

İdman

27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının bilet satışına
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin