Nəşr edilmişdir 05/02/2025

Paylaşın

GÜNDƏM

Sabah leysan yağacaq, güclü külək əsəcək

IMG-20250502-WA0157

Azərbaycanda mayın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mayın 3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tədbirdə 200-dən çox beynəlxalq və yerli nümayəndənin, rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir.

Ən son

GÜNDƏM

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan

GÜNDƏM

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan