Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Baki-baku.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib.
“8 noyabrda Azərbaycanın Zəfər Günü var. Mən də, gözlənilməz bir şey olmasa 8 Noyabr günü Azərbaycana bir səfər etməyi düşünürəm. İnşallah bu səfər münasibətilə də lazımi addımları atmaq imkanımız olar”, – Ərdoğan deyib.