Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/08/2026

Paylaşın

HƏR ŞEYDƏN

Rəqəmsal dövrdə ünsiyyət: qazandıqlarımız və itirdiklərimiz

Rəqəmsal dövrdə ünsiyyət

Son onilliklərdə smartfonların, sosial mediaların və video-rabitə vasitələrinin həyatımıza sürətlə daxil olması təkcə informasiyaya əlçatanlıq formasını deyil, həm də bir-birimizlə ünsiyyət qurma tərzini kökündən dəyişib. Bəs bu texnologiyalar. Cihazların kiçilməsi və hər yerdə simsiz internetə çıxış imkanı insanlara zamandan və məkandan asılı olmadan əlaqə saxlamaq imkanı versə də, bu rahatlıq özü ilə yeni problemlər gətirib.

Baki-baku.az bu yazıda informasiya texnologiyalarının sosial münasibətlərə təsirinə, müsbət və mənfi nəticələrinə toxunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müəllimi Zümrüd Süleymanova bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı artıq ayrıca bir “rəqəmsal cəmiyyət” formalaşdırıb.

“Cihazların kiçilməsi və hər yerdə simsiz internetə çıxış imkanı insanlara zamandan və məkandan asılı olmadan əlaqə saxlamaq imkanı verib. Bu rahatlıq özü ilə sosial təcrid, kiber zorakılıq, məxfilik məsələləri və qeyri-verbal ünsiyyətin get-gedə itməsi kimi artıq gündəlik reallığa çevrilən yeni problemlər də gətirib. Ünsiyyət texnologiyalarının inkişafı insanların münasibət qurma tərzini dəyişməklə yanaşı, ənənəvi üz-üzə ünsiyyət modellərinə də ciddi təsir göstərib” – deyə Z.Süleymanova qeyd edib.

DİA əməkdaşı diqqətə çadırıb ki, sosial əlaqələr həmişə mədəni, texnoloji və iqtisadi amillərdən asılı olaraq formalaşıb — yazının yaranmasından çap maşınına, radio-televiziyadan internetə qədər hər yeni vasitə cəmiyyətin ünsiyyət tərzinə təsir göstərib. Amma əsl köklü dəyişiklik yalnız XX əsrin sonu – XXI əsrin əvvəlində, fərdi kompüterlərin və smartfonların meydana çıxması ilə baş verib.

Z. Süleymanova texnologiyanın gətirdiyi faydaları da inkar etmir. Onun sözlərinə görə, texnologiya coğrafi sərhədləri aradan qaldıraraq insanlara fərqli mədəniyyətlərdən olan insanlarla əlaqə qurmaq imkanı yaradıb. Video-görüşlər sayəsində uzaq məsafədəki komandalar səmərəli işləyə, vaxta və vəsaitə qənaət edə bilir. Bilik və məlumatların indi hər kəs üçün daha əlçatan olması davamlı təhsil imkanlarını genişləndirib, oxşar maraqlara malik insanların onlayn icmalar yaratmasına şərait yaradıb. Bu, ona görə, “birlik və ortaq kimlik hissi” formalaşdıran mühüm proseslərdən biridir.

“Biz sosial mediadan istifadədəki artımı statistik rəqəmlərdə də görə bilərik. Dünyanın aparıcı statistik məlumat platformalarından biri olan “Statista”nın verdiyi proqnozlara görə, 2024-cü ildə dünya üzrə sosial media istifadəçilərinin sayı beş milyardı ötüb və 2028-ci ilə qədər bu rəqəmin altı milyardı keçəcəyi gözlənilir. Orta hesabla internet istifadəçiləri artıq gündə 151 dəqiqəni sosial media və mesajlaşma tətbiqlərinə sərf edir və bu, 2015-ci ildəki göstəricidən 40 dəqiqə çoxdur. 2022–2028-ci illər üzrə aparılan hesablamalara əsasən, bu dövrdə sosial media istifadəçilərinin sayı təxminən 1,46 milyard nəfər artacaq, yəni hər il orta hesabla 240 milyona yaxın yeni istifadəçi sosial media platformalarına qoşulacaq” , – deyə o vurğulayıb.

Müəllim, həmçinin “rəqəmsal yayındırmalar” adlandırdığı fenomenə də diqqət çəkib: “İnsanların yemək zamanı, söhbət əsnasında telefonlarını yoxlaması artıq geniş yayılmış vərdişə çevrilib. Bu, üz-üzə ünsiyyətin keyfiyyətini aşağı salır. Çünki bədən dili, səs tonu və mimika kimi incəliklər rəqəmsal mühitdə itir və tez-tez yanlış anlaşılmalara səbəb olur”.

Söhbətin sonunda gələcəyə nəzər salan Z.Süleymanova bildirib ki, süni intellekt, virtual reallıq və Əşyaların interneti (IoT) kimi texnologiyalar insanların ünsiyyət tərzini daha da dəyişəcək. Süni intellekt fərdiləşdirilmiş təcrübələr təqdim edə, virtual reallıq isə coğrafi məsafələri aradan qaldıran “iştirak hissi” yarada bilər. Bu inkişaf alqoritmik qərəzlilik, məlumatların məxfiliyi və onlayn ünsiyyətdə “şəxssizləşmə” kimi yeni etik sual işarələri də doğurur. Onun sözlərinə görə, gələcəkdə sağlam rəqəmsal mühit yaratmaq üçün rəqəmsal savadlılıq, etika normaları və müvafiq qanunvericilik tənzimləməsi üzərində indidən işləmək vacibdir.

“Əsas məsələ odur ki, texnologiyanın üstünlüklərindən yararlanarkən insan mərkəzli dəyərləri unutmayaq”, – deyə Zümrüd Süleymanova qeyd edib.

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Ən son

HƏR ŞEYDƏN

Bir vaxtlar Bakı bağlarında yay gecələrinin öz qaydası vardı

HƏR ŞEYDƏN

Bir vaxtlar Bakı bağlarında yay gecələrinin öz qaydası vardı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin