Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Qarabağ Universiteti 6 yeni ixtisasa tələbə qəbulu aparacaq

Qarabağ Universiteti

Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq.

Baki-baku.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib.

O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.

Riyaziyyat və İT elmləri fakültəsində “İnformasiya təhlükəsizliyi”, “Data analitikası”, “Riyaziyyat”, “Kompüter mühəndisliyi” ixtisasları, Təbiət elmləri fakültəsində isə “Biologiya” və “Kimya” ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

Həmçinin qeyd edilib ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti (İTU) arasında ikili diplom proqramının icrasına başlanması nəzərdə tutulur. Bu proqram çərçivəsində “Ekologiya mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə ikili diplom proqramı reallaşacaq.

P.Ahənçi qeyd edib ki, icrasına sentyabr ayında start verilməsi nəzərdə tutulan bu proqrama İTU-dan da xarici mütəxəssis və müəllimlərin cəlb olunması planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Dünyada 2.8 milyard insan adekvat mənzil şəraiti olmayan ərazilərdə yaşayır".

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin