Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Xankəndi Stadionu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Baki-baku.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub. Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.

Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir. Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.

Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.

Qeyd edək ki, Xankəndi Şəhər Stadionunun əsaslı təmirdən sonra istifadəyə verilməsi Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı baxımından mühüm rol oynamaqla Azərbaycanda idmana və gənc nəslin sağlam yetişməsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. Bölgələrimizdə Olimpiya idman kompleksləri, stadionlar və digər müasir idman obyektlərinin yaradılması Azərbaycanın idman ölkəsi kimi dünyada nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, bu gün ölkəmiz mötəbər qlobal idman yarışlarına uğurla ev sahibliyi edir, nüfuzlu beynəlxalq idman qurumları öz tədbirlərinin məhz Azərbaycanda keçirilməsində maraqlıdırlar. Bu xüsusda ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunmuş (FIFA U-15) dünya çempionatı və festivalını, həmçinin gələn il 20 yaşadək kişi futbolçular arasında keçiriləcək dünya çempionatını (FIFA U-20 World Cup) qeyd etmək olar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin