Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2026

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək

Sultan İbrahim, İlham Əliyev, Malayziya

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimi təbrik edib.

Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan-Malayziya dövlətlərarası münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla inkişaf etməyə və genişlənməyə davam edəcək.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci km-də, paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yeni körpünün dayaqlarının inşası başa

Ən son

GÜNDƏM

Azərbaycanda sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin