Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

"John Deere"

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

Baki-baku.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.

Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər.

“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.

Görüş əsnasında Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanla “John Deere” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Qeyd edək ki, “John Deere” 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan “John Deere”nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 iyul 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas təşkil olunub.

Ən son

GÜNDƏM

"Bank of Baku" ASC bu ilin I yarısını 16,076 milyon manat xalis mənfəətlə başa vurub.

GÜNDƏM

"Bank of Baku" ASC bu ilin I yarısını 16,076 milyon manat xalis mənfəətlə başa vurub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin