Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb

Avropa Şurasının Baş katibi, İlham Əliyev, Alen Berse, Nyu-York, Avropa Şurası

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunuldu. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edildi.

Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğuladı.

Avropa Şurasının Baş katibi COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

İlham Əliyev, Alen Berse, Nyu-York, Avropa Şurası

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Каждый человек в повседневной жизни примеряет на себя разные роли. На работе мы ведём себя одним образом, в

Ən son

İdman

Güləş haqqında ilk məlumatlara dövrümüzdən 5 min ildən yuxarı zamanda şumerlərdə rast gəlinir.

İdman

Güləş haqqında ilk məlumatlara dövrümüzdən 5 min ildən yuxarı zamanda şumerlərdə rast gəlinir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin