Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar

"Museum of Modern Art-MoMA"

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində (“Museum of Modern Art-MoMA”) olublar.

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verildi.

Bildirildi ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Vorhol və Henri Matissa kimi sənətkarların dünyada məşhur əsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isə tədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənəd kolleksiyası buranı həm də elmi mərkəzə çevirib.

Leyla Əliyeva, Arzu Əliyeva, Nyu-York, "Museum of Modern Art-MoMA"

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Ən son

HƏR ŞEYDƏN

Gündəlik həyat tərzləri, ailə dəyərlərinə sadiqlikləri və xüsusi dini inancları ilə seçilən bu icma qeyri-rəsmi

HƏR ŞEYDƏN

Gündəlik həyat tərzləri, ailə dəyərlərinə sadiqlikləri və xüsusi dini inancları ilə seçilən bu icma qeyri-rəsmi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin