Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2026

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəyə səfərini məmnunluqla xatırladıb, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd edib.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəyə səfərinin uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkənin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini deyib.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğulayıb.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdikləri qeyd olunub.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunulub.

Görüşdə Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü

Ən son

GÜNDƏM

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli

GÜNDƏM

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin