Nəşr edilmişdir 01/16/2025

Paylaşın

GÜNDƏM

Ötən il Bakı metrosunda 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb

2024-cü ildə Bakı metrosunda 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, həmçinin qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.
Bundan əlavə ötən il Bakı metrosunda tətbiq edilən cərimələr və qanun pozuntuları ilə bağlı da məlumat verilib. Qeyd edilib ki, 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq olunur.
Vətəndaşlara bildirilib ki, əşyaları təsadüfən stansiya yoluna düşərsə, özləri götürməyə çalışmasın, dərhal stansiya işçisinə məlumat versinlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.