Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/16/2025

Paylaşın

GÜNDƏM

Ötən il Bakı metrosunda 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb

D7A704CA-DDC1-4704-9E2D-356A8EB9F454

2024-cü ildə Bakı metrosunda 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, həmçinin qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.
Bundan əlavə ötən il Bakı metrosunda tətbiq edilən cərimələr və qanun pozuntuları ilə bağlı da məlumat verilib. Qeyd edilib ki, 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq olunur.
Vətəndaşlara bildirilib ki, əşyaları təsadüfən stansiya yoluna düşərsə, özləri götürməyə çalışmasın, dərhal stansiya işçisinə məlumat versinlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi (FHN) "Son zəng"lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib

Ən son

İQTİSADİYYAT

Baki-baku.az Bakı Limanına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə

İQTİSADİYYAT

Baki-baku.az Bakı Limanına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin