Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2025

Paylaşın

GÜNDƏM

Oğurlanan əsər təsadüf nəticəsində tapıldı

Argentina hüquq-mühafizə orqanları İtaliyanın tanınmış barokko dövrü rəssamı Vitorre Gislandiyə məxsus sənət əsərini aşkar edərək müsadirə edib.
Baki-baku.az-ın məlumatına görə, əsər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən oğurlanmış və hazırda niderlandlı kolleksiyaçı Jak Qaudstikerin varisləri tərəfindən beynəlxalq axtarışa verilib.
Müsadirə tələbi Argentina Prokurorluğunun Mar-del-Plata bölməsinə təqdim olunub və məhkəmə bunun əsasında müvafiq sanksiya verib.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında “Algemeen” nəşri araşdırmaçı jurnalistlərin apardığı təhqiqat nəticəsində “Qadın portreti” adlı tablonun yerinin müəyyən edildiyini yazmışdı. Məlum olmuşdu ki, əsər bir vaxtlar nasist rejiminin maliyyə dəstəyi ilə məşğul olan Fridrix Kadingin kolleksiyasına daxil olub. Kading müharibədən sonra məsuliyyətdən yayınmaq üçün Argentinaya qaçmışdı.
Əsərin yerinin müəyyən olunması isə təsadüfi şəkildə baş verib. Belə ki, Fridrix Kadingin varislərindən biri onun Mar-del-Platadakı evini satışa çıxarıb. Evin reklam fotosunda “Qadın portreti” əsəri diqqət çəkib və jurnalistlər bu izdən hərəkətə keçərək araşdırma aparıblar. Hazırda Jak Qaudstikerin varisləri tablonun Niderlanda qaytarılmasını tələb edirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Археологи, работающие в центральной части Турции, обнаружили фрагмент керамики с изображением человеческого лица, возраст которого составляет почти 5000

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gündə milyonlarla insan səhəri bir fincan qəhvə ilə açır, iş və dərs yorğunluğunu onunla dəf

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Gündə milyonlarla insan səhəri bir fincan qəhvə ilə açır, iş və dərs yorğunluğunu onunla dəf
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin