Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/04/2026

Paylaşın

GÜNDƏM

“Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Bu barədə Baki-baku.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən az olacaq: “Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda “28 May”-“Nizami” stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni “İçərişəhər”-“Həzi Aslanov” istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir”.
Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Biləcəridə hotelin fəaliyyəti dayandırılıb.

Ən son

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatındə yer alıb.

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatındə yer alıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin