Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

HƏR ŞEYDƏN

New York Post: Noyabrda Yerə yadplanetlilər yaxınlaşacaq

yadplanetlilər

Kainatın dərinliklərindən planetimiz istiqamətində sirli bir qonaq yaxınlaşır…

2025-ci ilin iyul ayının əvvəlində Harvard universitetinin astrofizikləri Günəşə doğru fantastik sürətlə – saatda 210 000 kilometr – hərəkət edən qeyri-adi bir obyekt müşahidə ediblər.

Baki-baku.az portalının Amerikada dərc olunan New York Post nəşrinə istinadən verdiyi məlumata görə, alimlər əvvəlcə bu obyektin diametri təxminən 24 kilometr olan bir kometa olduğunu güman ediblər, hansı ki,o, hətta Manhettendən də böyükdür! Sonra aparılan müşahidələr isə bu təsəvvürləri tamamilə alt-üst edib.

Məlumata əsasən, naməlum obyektə 3I/ATLAS adı verilib və o, Günəş sistemində müşahidə olunan üçüncü ulduzlararası cisim kimi qeydə alınıb. Obyektin hərəkət trayektoriyası, sürəti və sistemə daxilolma bucağı astrofizikləri ciddi narahat etməyə başladı. Harvard universitetinin məşhur alimi Avi Loeb bu dəfə Londonlu həmkarları ilə birlikdə ehtimal irəli sürdü ki, 3I/ATLAS yadplanetlilərin maskalanmış kosmik gəmisidir.

Məsələ onun trayektoriyasındadır. Bu obyekt Günəş sisteminə qeyri-adi bir bucaq altında daxil olub və tipik kometalarla müqayisədə xeyli yüksək sürətlə hərəkət edir. Noyabr ayında obyekt Günəşə o qədər yaxınlaşacaq ki, artıq Yerdən görünməz hala gələcək. Loeb-in versiyasına görə isə bu məqamda yadplanetlilər Günəş sistemində – o cümlədən Yer kürəsində – gizli müşahidə texnologiyalarını yerləşdirmək fürsəti əldə edəcəklər.

Hazırda belə bir sual ortaya çıxıb ki, haqqında sözügedən bu obyekt əslində nədir? Yadplanetlilərlə yeni bir təmasın başlanğıcı, gizli müşahidə cəhdi, yoxsa birbaşa hücum təhlükəsi? Bu sualların cavabı çox güman ki, bu ilin payızında ortaya çıxacaq.

Əlbəttə, skeptiklər də mövzuya biganə yanaşmır. Kanadalı astronom Samanta Loulor bu obyektin sadəcə başqa bir ulduzdan gəlmiş «başsız» kometa olduğunu iddia edir, lakin elm aləmində çox zaman sensasiyalar elə bu cür inanılması çətin olan ehtimallarla başlayır.

Bizlərə isə gözləmək qalır, çünki bəlkə də bu ilin noyabr ayında bəşəriyyət ilk dəfə kainatdakı “qonşuları” ilə üz-üzə gələ biləcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

К Земле приближается загадочный гость из глубин Вселенной…

Ən son

ОБО ВСЕМ

Когда речь заходит о загадочной цивилизации майя, на ум сразу приходят пирамиды, астрономия и жертвоприношения.

ОБО ВСЕМ

Когда речь заходит о загадочной цивилизации майя, на ум сразу приходят пирамиды, астрономия и жертвоприношения.