Nəşr edilmişdir 08/26/2025

Paylaşın

GÜNDƏM

Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər

Nəsimi, İmadəddin Nəsimi, Suriya

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

Baki-baku.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.

Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Международный союз охраны природы (МСОП, IUCN) официально пересмотрел прежнюю классификацию жирафов, отказавшись от подхода, согласно которому они считались

Ən son

HƏR ŞEYDƏN

"Facebook" dünya üzrə milyardlarla istifadəçisi olan ən populyar sosial şəbəkələrdən biridir.

HƏR ŞEYDƏN

"Facebook" dünya üzrə milyardlarla istifadəçisi olan ən populyar sosial şəbəkələrdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin